"Biz "Qəbələ"ni qiymətləndirməyə bilmərik. Hamı bunu bilir".
Sportnet.az-ın məlumatına görə, bunu Belçika "Anderlext"inin qapıçısı Devi Ruf "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından öncə mətbuat konfransında deyib.
22 yaşlı qapıçı Azərbaycan təmsilçisinə hörmətlə yanaşdıqlarını bildirib. O deyib ki, hər bir rəqibə qarşı ən yaxşı oyunlarını sərgiləməlidirlər: "Bütün oyunlardan qalib ayrılmağa çalışırıq. Bunun üçün məşqlərdə var gücümüzlə çalışırıq. Aydındır ki, qələbə qazanmaq böyük məmnunluq gətirir. Amma heç də hər zaman 3 xal əldə etmək olmur. Hərdən alınır, hərdən yox..."
Duf Silvio Protonun "Ostende"yə transferindən sonra "Anderlext"in əsas qapıçısına çevrilib. Gənc "çərçivə" qoruyucusu 1 nömrə adını asanlıqla almadığını vurğulayıb: "Bu mövsüm həm yaxşı, həm də pis oyunlar keçirmişəm. Bu, gənc qapıçı üçün normal haldır. Hər bir oyunda əlimdən gələni edirəm. Amma daha yaxşısını edə bilərəm".
Qeyd edək ki, sentyabrın 15-də Brüsseldəki "Konstant van den Stok" stadionunda keçiriləcək "Anderlext" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.







































































