1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqovun mənzili
Vüqar MƏMMƏDOV
Rəşad Sadıqova təkcə "Qarabağ”ın kapitanı kimi yanaşmaq olmaz. O, klubda daha önəmli fiqurlarından biridir. Müşahidələrimizə əsasən deyə biərik ki, Sadıqov bir çox oyunçunun transfer olunmasına təsir göstərib və bunun nəticəsi müsbət olub.
Rəşad həm də Qurban Qurbanovla dostdur. Ona həm də Qurbanın qeyri-rəsmi yaxın köməkçisi demək olar. Yəqin ki, taktikanın qurulmasında da iştirak edir. Kəsəsi, Rəşad klubda nüfuzlu şəxslərdəndir.
Rəşad təkcə klubunda nüfuz sahibi deyil. İnsanlar mənəvi, ruhi səviyyələrinə görə bizi yaradan qüvvə, Allah qarşısında da dərəcələrinə görə fərqlənirlər. Real həyatda nüfuz sahibi olmaq üçün pul başlıca şərtdisə, burada şərtlər başqadır. Hansı şərtlərin başlıca olmasını deyə bilməsəm də, Rəşadın Yaradanın yanında da nüfuz sahibi olduğunu görmək mümkündür. O İslam dininin qatı tərfdarıdır və bu dinə məxsus ayinləri yerinə yetirdiyi məlumdur. Bu məsələnin onun fəaliyyətində nə qədər rol oynamasını da deyə bilmərik, amma ona uğurlu insan demək olar.
Yadımdadır,, Rəşad bir neçə dəfə istəyini dilə gətirib və reallaşıb. Məsələn, "Qarabağ”ın kapitanı çempion olmamışdan öncə çempion olmaq, Avroliqanın qruplarına düşməmişdən öncə isə qrupa düşmək istədiklərini dilə gətirmişdi və bu reallaşmışdı. Necə deyərlər, "Niyyətin hara, mənzilin ora”. Düşüncə maddiləşir. Rəşad arzusunu, niyyətini səsləndirmişdi və arzusu da reallaşmışdı. Təbii ki, halva-halva deməklə ağız şirin olmur. Bir şeyi arzulamaqla yanaşı, bunun reallaşması üçün həm də çoxlu çalışmalısan.
Bir neçə il öncə İtaliyanın "İnter”i ilə, bizi qrupdan çıxaracaq vurduğumuz, lakin hesaba alınmayan qolumuz olan oyundan sonra Rəşad ğöz yaşlarını saxlaya bilməmişdi və demişdi: "Bəlkə də belə fürsət, bəlkə də şəxsən mənim özüm üçün belə şans olmayacaq". Təbii ki, belə danışmaq olmaz, çünki düşüncənin maddiləşdiyini nəzərə alsaq "niyyətin hara, mənzilin ora” mexanizmi işə düşə bilərdi.
Amma deyəsən, Rəşada daha bir şans verilib. Çünki biz bu mövsüm "Qarabağ”ın qrupuna baxsaq, heç də keçilməz olmadığını görərik. Gəlin, ağdamlıların bu qrupdakı rəqiblərini yüngülvari analiz edək.
"Fiorentina” italyan klubu olsa da, "Neftçi" səfərdə, "Qarabağ" evdə "İnter”ə gücünü göstərib. Deməli, bu komandadan da xal və ya xallar almaq olar. PAOK isə Yunanıstanın ən güclüsü deyil. Yunanların ən güclü komandaları "Olimpiakos”la "Panatinaikos”dur ki, onlardan da biri - "Panatinaikos” digər Azərbaycan klubu "Qəbələ”yə iki oyunun nəticəsinə görə uduzdu. PAOK-un heyətinə görə "Panatinaikos”dan zəif, "Qarabağ”ın isə, yenə heyətinə görə "Qəbələ”dən güclü olduğunu vurğulasaq, yanılmarıq. Üstəlik, "Qəbələ" ötən mövsüm Avroliqanın qrup mərhələsində PAOK-a heç bir oyunda uduzmadı.
Bunları nəzərə alıb deyə bilərik ki, PAOK-dan da ən azı dörd xal almaq mümkündür. O ki, qaldı çexlərə, "Slovan” indi enişdədir. Bu komandanı ağdamlıların başa-baş oynadığı digər Çexiya təmsilçisi "Viktoriya” ilə müqayisə etmək olmaz. "Slovan” "Viktoriya”dan çox zəifdir. Elə Çexiya çempionatının son turunda evdə oynadığı halda, "Viktoriya”ya uduzub. "Qarabağ”ın bugünkü rəqibi hazırda öz çempionatlarında 16 komanda arasında 14-cü yerdədir. Deməli bu komandanın zəiflədiyini əsas götürsək, 6 xal almağın mümkün olduğunu görərik.
Ümumiyyətlə, 4 komandalı qrupdan 2 komanda çıxmalıdırsa, adətən, 10 xal bəs edir. Komandamızın gücünü və rəqibləri analiz edəndən sonra "Qarabağ”ın qrupdan çıxa biləcəyi xalı rahat götürə biləcəyi görünür.
"Bəlkə də belə fürsət olmayacaq, bəlkə də şəxsən mənim üçün belə şans olmayacaq”. Bu söslər Rəşadın iki il əvvəl "İnter”lə oyundan sonra söyləyi sözlərdir. Bax bu sözlər indi də aktualdır. Qrupdan çıxmaq üçün bundan yaxşı fürsət ola bilməz.
Təbii ki, bütün bu yuxarıda apardıqlarımız analizlər nəzəriyyələrdir. Reallaşması üçün isə çoxlu çalışmaq lazımdı. Çalışmaqla bərabər inam da olmalıdır. İnam, arzu, istək – bunlar qələbənin başlıca şərtlərindəndir. Rəşadın bir neçə dəfə arzusunu səsləndirdiyini və bunun reallaşdığının şahidi olmuşuq. Haydı Rəşad, arzunu səsləndir, niyyətin hara, mənzilin ora.
Növbəti dayanacaq olan 1/16-də görüşmək inamı ilə...