1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bitməyən Roman...
Mehman SÜLEYMANOV
Adətən insan üçün maraqsız kitab olanda, həmin əsərin, romanın tez bitməsini istəyir. Özü də roman yazılı ədəbiyyatda epik növün ən irihəcmli janrıdır. İndi gəl gör, bu, maraqsız olanda hansı əziyyətə qatlaşmalı olursan. Epik janr isə müəyyən bir hadisəni danışmaq və ya nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növdür. Mənim haqqında söz açacağım isə Roman adını daşıyan və futbolumuzda, xüsusilə də "Qəbələ”nin tarixində irihəcmli uğurlara imza atan insandır.
Əlbəttə ki, söhbət baş məşqçi Roman Qriqorçukdan gedir.
Onun gördüyü işlərlə bağlı artıq indidən roman yazmaq olar. Əslində, Roman İosifoviç heç 2 il deyil, 20 aydır futbolumuza, "Qəbələ”yə xidmət edərək böyük, tarixi uğurlara imza atıb. Adama isə elə gəlir ki, bu ukraynalı mütəxəssis uzun müddətdir ölkəmizdə qərarlaşıb.
"Qırmızı-qaralar”ı çətin vaxtda götürdü Qriqorçuk. Rumıniyalı tanənmış həmkarı Dorinel Muntyanunun bərbad hala saldığı komanda 6-7-ci yerlərdə idi və avrokuboklara çıxacağı heç inandırıcı görünmürdü. Ancaq Qriqorçuk "Qəbələ”ni nəinki Avropaya çıxardı, çempionatın mükafatçısı – bürünc medalçısı da etdi.
Ardından klubun tarixinə qızıl hərflərlə düşən ilkə imza atıldı. Bu da Qəbələdə avrokuboklarda qazanılan ilk qələbə sayəsində ilk dəfə mərhələ keçmək idi.
"Qırmızı-qaralar” bununla kifayətlənsəydi belə, normal qarlışanacaqdı. Ancaq Bakıya, "Bakcell Arena”ya köçməli olan "Qəbələ” daha 3 mərhələ keçdi və qrupa düşən 3-cü klubumuz kimi adını futbol tariximizə yazdırdı.
Roman İosifoviç 2-ci mövsümündə də eyni ssenarini təkrarladı – yenə çempionatda bürünc medal və Avropa Liqasında 4 mərhələ keçərək qrupa düşmək. İlk dəfədə bəziləri uğura kölgə sala bilərdirsə, yenə həmin nailiyyətə imza atıldığından, təsadüfi qrupa düşmədən qətiyyən söhbət gedə bilməzdi.
İndi "Qəbələ”sevərlər Qriqorçukdan daha böyük uğurları, növbəti ilkləri – Avropa Liqasında qrupdan çıxmağı, Premyer Liqada isə çempionluğu gözləyirlər ki, hazırkı heyətin güclü olması, komandanın çox yaxşı oynaması nikbinliyə əsas verir. Azərbaycanın ən adlı-sanlı, titullu klubu olan "Neftçi”yə ən ağır zərbəni – onun meydanında 0:8 hesablı məğlubiyyəti məhz məhz Qriqorçukun komandası yaşatdı. Yüksək əhval-ruhiyyədə Belçikaya səfərə yollanan "Qəbələ” bu axşam "Anderlext” qarşısında imtahan verəcək. Hesab edirəm ki, rəqiblərimiz nə qədər güclü, Avropada böyük futbol ölkələrinin təmsilçiləri olsalar da, "qırmızı-qaralar”ın bu qrupdan çıxmağı realdır. Özü də "Sent-Etyen” və "Maynts”dan fərqli məhz "Anderlext”i qrupumuzun əsas favoriti saydığımdan, onun meydanında nəticə qazanmaq iddiamızı, şansımızı xeyri artıracaq. "Qəbələ"nin qrupda uğurlu çıxış edəcəyində baş məşqçiyə güvənim daha çoxdur.
Roman İosifoviç böyük simpatiyam olan insandır. Ötən il "Qəbələ”də işlədiyim zamanı daha çox ünsiyyətdə olduğum, tez-tez görüşdüyüm bu ukraynalı mütəxəssisin mənim üçün xüsusi gündə Afinada yaşatdığı sevinc yaddaşıma əbədi həkk olundu. Bu, oğlum Muradın ad günündə - məhz avqustun 27-də qrupa qazanılan vəsiqə idi və mənə bundan gözəl doğum günü hədiyyəsi ola bilməzdi.
Artıq yarım ildir məlum səbəbdən "Qəbələ”də çalışmasam da, yenə bu klub övladımın ad günü ərəfəsində Avropa Liqasına yüksəldi və tarixi uğur təkcə mənə yox, hamımıza böyük sevinc bəxş etdi.
50 illik yubileyini ötən ilin martında vətəni Ukraynada yox, məhz işlədiyi Azərbaycanda qeyd edən, artıq 52 yaşın içində olan Qriqorçuk nə özü tükənib, bitib, nə də gördüyü işlər. İdman mətbuatımız üçün də maraqlı persona olan Romanın romanını bitməsini gözləmirik də, istəmirik də. Axı qarşıda yazılası çox romanlar var. Var olun, Roman İosifoviç, tarix yazın, Roman İosifoviç...