1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Abdullayev: "Əsas hədəfimiz yerli oyunçuların yetişdirilməsidir"
"Bu komandanı sadəcə komanda olsun deyə qurmadıq. Məqsədlərimiz böyükdür". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan I divizionunda çıxış edən "Səbail" klubunun Müşahidə Şurasının sədir Rəşad Abdullayev deyib.
R.Abdullayev gələcək oyunlarda da komandanın uğur qazanacağına inandığını bildirib: "İlk ev oyununda MOİK-ə qalib gəldik. İnanıram ki, növbəti oyunlarda da qələbə qazanacağıq. Gələn mövsümdə isə Premyer Liqada irəli getməyi hədəfləyirik. Komandaya güvənirik. İnanıram ki, komanda bizim inamımızı boşa verməz".
Müşahidə Şurasının sədri Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdə heyətdə legioner futbolçuların ola biləcəyini söyləyib. O, Türkiyə, eləcə də digər ölkələrdən futbolçu gətirilməsinin mümkünlüyünü dilə gətirib: "Bu il olmasa da, Premyer Liqada niyə də olmasın? Türkiyədən və digər ölkələrdən futbolçular dəvət edilə bilər. Ancaq əsas hədəfimiz yerli oyunçuların yetişdirilməsidir".
R.Abdullayev atası Rövnəq Abdullayevin AFFA prezidenti olmasına baxmayaraq, bu amilin komandanın nəticəsinə təsir etməyəcəyini deyib: "Elə bir şey ola bilməz. Digər komandalar necədirsə, biz də eləyik. Hər şey şəffaf şəkildə olmalıdır. Bu il ilk birinci, ikinci pillələri tutsaq Premyer Liqaya vəsiqə qazana bilərik. Alınmasa, divizionda qalacağıq"