"Qəbələ” zəif rəqib deyil. Qələbəmizin asan başa gəldiyini düşünənlər yanılırlar. "Qəbələ" Avropla Liqasının 1-ci təsnifat mərhələsindən başlayıb və qrupa düşüb. Bu yolda onlar "Lill” kimi rəqibi mübarizədən kənarlaşdırıblar”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri Belçika "Anderlext”inin futbolçusu Aleksandru Çipiçu Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə oyundan (3:1) sonra Ruminya mətbuatına deyib.
Futbolçu "Qəbələ”nin sona qədər mübarizə aparan komanda olduğunu bildirib: "Buna baxmayaraq biz daha yaxşı oynadıq. Komandamız doğma meydanda hər zaman güclü olub.”
"Anderlext”in ruminyalı yarımmüdafiəçisi oyun zamanı boşa verdiyi qol epizodundan da danışıb: "Düzdü, qol vurmaq üçün çox gözəl şans əldə etmişdim. Amma rəqib qapıçı buna imkan vermədi. O vaxtında çıxıb topu götürdü. "Qəbələ”nin qapıçısı mənim nə etmək istədiyimi vaxtında hiss etdi. Artıq bu haqda danışmağın mənası yoxdur. Əsas odur ki, meydanı 3 xalla tərk etdik".






































































