"Çempionata yaxşı başlaya bilməsək də, qarşıda oyunlarımız var. Çalışacağıq komanda şəklində toparlanaq və bu vəziyyətdən çıxaq". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Araz Abdullayev bugünkü məşq zamanı komandanın uğursuz çıxışından danışarkən deyib.
Kapitan Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ" ilə baş tutmuş (0:8) oyundan da danışıb: "Qəbələ" ilə oyunda da heç nə alınmadı. Komanda şəklində çox zəif çıxış etdik. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirəcəyik".
Qeyd edək ki, "Neftçi" 4 turdan sonra 3 xalla 7-ci pillədə qərarlaşıb.







































































