1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA rəsmiləri UEFA-nın seminarında
Sentyabrın 21-dən Maltanın Sent Culians şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə "Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play"i mövzusunda seminar keçiriləcək. Sportnet.az-ın məlumatına görə, UEFA-nın üzvlərindən əlavə, Avropa futbol təşkilatının dəvəti ilə digər Konfederasiyaların (AFC, CONMEBOL, CONCACAF) nümayəndələri də tədbirə qatılacaqlar.
Azərbaycan AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Bəhram Dadaşov və Anar Kazımlı təmsil edəcək.
Seminarda müzakirə olanacaq məsələlər bunlardır:
Ötən lisenziyalaşdırma mövsümünün icmalı
- 2016-cı il üzrə Lisenziyalaşdırma üzrə qəbul olunmuş qərarlar və müvafiq nəticələr
- "3 illik üzvlük qaydası” və xüsusi icazənin tətbiq olunması
- UEFA-nın Lisenziyalaşdırma üzrə statistik hesabatının təqdimatı
Lisenziyalaşdırma sisteminin və meyarların müzakirəsi
- FİFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarında baş verəcək dəyişikliklərin müzakirəsi
- Gələcək 2018-2021-cı il dövründə UEFA-nın yarışlarında tətbiq olunacaq dəyişikliklərin Lisenziyalaşdırma və Maliyyə "Fair Play"i sisteminə potensial təsiri
- Qadın futbolunun inkişafında Lisenziyalaşdırma sisteminin vacibliyi
- Gənclər Futbolunun İnkişafı Proqramının qiymətləndirilməsi və Futbol Akademiyalarının inkişafı
- Klubların azarkeşlərlə əlaqələndirici şəxslərinin fəaliyyəti ilə bağlı müzakirələr
- Klubların əlil azarkeşlərlə əlaqələndirici şəxslərinin fəaliyyəti ilə bağlı müzakirələr
- Malta Futbol Assosiasiyası tərəfindən tətbiq olunan lisenziyalaşdırma sisteminin icmalı
Maliyyə "Fair Play"i
- 2015-16-cı illər ərzində Maliyyə "Fair Play”i üzrə klublarda aparılan monitorinqlər və onların nəticələri
- Klublara Maliyyə Nəzarəti Orqanının (Club Financial Control Body (CFCB) fəaliyyəti
UEFA-nın və federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər və müzakirələr
Seminar sentyabrın 23-də başa çatacaq.