
Azərbaycanın məşhur futbolçusu Ələkbər Məmmədovla vida mərasiminin vaxtı və yeri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, tədbir avqustun 4-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçiriləcək.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun meyiti bu gün yaşadığı mənzildən tapılıb.