"Müdafiə xəttimiz yaxşı oyun nümayiş etdirsə də, yenə çalışmaq lazımdır. Biz bütün oyunlarda çətin də olsa, qələbə qazanmaq istəyirik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının V turunda bu gün AZAL-a evdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
O, braziliyalı müdafiəçi Rafael Santosla yeni transfer, xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçə şans verməməyinə belə izah verib: "Rafaelin adının iştirak ərizəsinə daxil etməməyimiz o demək deyil ki, onunla yollarını ayırmaq fikrindəyik. SAntos inadığımız futbolçulardan biri olaraq bizə çox gərək olacaq. Franyiçə gəlincə, onun ötən oyun səhvi olmamışdı. Düzdür, qol imkanlarından istifadə edə bilməmişdi. Ancaq Franyiçi meydana buraxıb digərinə şans verməsəydim, digəri ilə bağlı mənə sual verəcəkdiniz".
Ukraynalı mütəxəssis gənc futbolçular - start heyətində yer verdiyi Qismət Alıyevlə sonradan oyuna girərək qol vuran Roman Hüseynovun oyununu şərh edib: "Qismət istədiyimiz kimi oynamasa da, bu, onun üçün hər şeyin bitdiyi demək deyil. Biz səbrli davranmalıyıq. Romanın bizi yenə sevindirəcəyinə inanıram. Belə xoş anlarda anlarda futbolçular şən olurlar. Mən də onun kimi sevindim".
Qarşıdakı sıx təqvimə toxunan Qriqorçuk həmiçə olduğu kimi, turnirləri bir-birindən ayırmadıqlarını bildirib: "Həm çempionat, həm də Avropa Liqası bizim üçün vacibdir. Biz ilk növbədə "Sumqayıt"la qarşıdakı oyunu düşünürük. Digər tərəfdən, Avropa Liqasında oynamağımız böyük olaydır. Tək-tük komandalar olar ki, belə turnirlər onlar üçün önəmli olmasın".
Xatırladaq ki, "Qəbələ" qarşıdakı 1 həftədə3 gün keçirəcək. Bunlardan sentyabrın 22-də Premyer Liqada "Sumqayıt"la təxirə salınan matç, 29-da isə Avropa Liqaısnın qrup mərhələsində "Maynts"la qarşılaşmadır.
Mənbə: Futbol11.az