"Qəbələ" klubunun hücumçusu Baqali Dabo, çıxış etdikləri ölkə çempionatlarında ən çox qol vuran fransalı futbolçular siyahısında yer alıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında 4 oyuna çıxan 28 yaşlı hücumçu eyni sayda fərqlənməyi bacarıb.
Bu göstərici ilə Dabo yalnız "Lion"un üzvü Aleksandr Lyakazettdən geri qalır. 25 yaşlı forvard 4 oyuna 6 qol vurub. O, İspaniya "Atletiko"sunun hücumçusu və 2016-cı il Avropa çempionatının 6 qolla bombardiri olmuş Antuan Qrizmannla birgə 2-3-cü yerləri bölüşür.
Başqa ölkələrin çempionatlarında çıxış edən və ən çox qol vuran fransalı futbolçuların ilk onluğu:
1. Aleksandr Lyakazett ("Lion", Fransa) - 4 oyunda 6 qol
2. Baqali Dabo ("Qəbələ", Azərbaycan) - 3 oyunda 4 qol
2. Antuan Qrizmann ("Atletiko", İspaniya) - 3 oyunda 4 qol
4. Etyen Kapu ("Uotford", İngiltərə) - 5 oyunda 4 qol
4. Qiyom Oaro ("Yanq Boyz", İsveçrə) - 5 oyunda 4 qol
6. Sebastyen Aaller ("Utrext", Hollandiya) - 6 oyunda 4 qol
7. Arlem-Eddi Qnoere ("Dinamo" Buxarest, Rumıniya) - 7 oyunda 4 qol
8. Entoni Modeste ("Köln", Almaniya) - 3 oyunda 3 qol
9. Mussa Dembele ("Seltik", Şotlandiya) - 5 oyunda 3 qol
10. Jeremi Perbe ("Gent", Belçika) - 6 oyunda 3 qol
Qeyd edək ki, Baqali Dabo Premyer Liqanın ilk turunda "Kəpəz"ə 1, IV turda isə "Neftçi"yə 3 qol vurub.