Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Maynts" (Almaniya) - "Anderlext" (Belçika) oyununun biletləri sabahdan satışa çıxarılacaq. Sportnet.az-ın məlumatına görə, biletlərin qiyməti 20 avrodan (təxminən 36 manat) başlayır.
Oyunun keçiriləcəyi "Opel Arena"nın tribunalarından asılı olaraq 29, 35 və 50 avroya da bilət əldə etmək mümkündür. Qarşılaşma oktyabrın 20-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qəbələ" isə sentyabrın 29-da Bakıda "Mayns"la üz-üzə gələcək. Oyun saat 19:00-da başlayacaq.









                 




    
    
    
    
    
    
    
    
    























































