1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
DÇ-1994-ün bombardiri: "Neftçi"yə həmişə kömək edirdilər"
"Cənub respublikalarında "Neftçi" və "Paxtakor"a qarşı oynamaq çətin idi. Onların yaxşı oyunçuları vardı. Üstəlik həm "Neftçi", həm də "Paxtakor"a həmişə kömək edirdilər. SSSR çempionatı çempion komandaların mini turniri idi. Orada oynamaq çox çətin olurdu".Sportnet.az-ın məlumatına görə, bunu DÇ-2016-də SSSR-i yığmasının heyətində ən yaxşı bombardir seçilmiş Oleq Salenko "Eurosport.ru"ya müsahibəsində deyib.
Salenko "Paxtakor"la bağlı xatirələrini də dilə gətirib: "Son çempionatda "Dinamo" (Kiyev) Daşkəntdə "Paxtakor"la oynayacaqdı. Oyundan əvvəl bizə heç-heçə üçün 50 min rubl təklif etdilər. Komandada işlər yaxşı getdiyindən təklifi qəbul etmədik. Bu zaman özbəklər bizə "necə istəyirsiniz, biz də hakimləri alarıq" dedi. Oyun gündüz saat 5-ə təyin olundu. Çox isti idi. Hakimlər isə mədəni formada bizi sıxışdırdı və nəticədə 0:2 hesabı ilə uduzduq".
Qeyd edək ki, O.Salenko DÇ-2014-də 6 qol vurub. İsveçlə qrup oyununda 1:3 hesabı ilə məğlub olduqları oyunda fərqlənən Salenko Kameruna 6:1 hesabı ilə qalib gəldikləri matçda 5 qol vurub.