Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ”la evdə 1:1 hesablı heç-heçə edən "Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis oyundan razılıq ifadə edib...
- Oyun barədə fikirləriniz necədir?
- Gərgin matç alındı. Hər iki komanda qalib gələ bilərdi. Əsas məqsədimiz "Qarabağ”ın orta sahəsini zərərsizləşdirmək idi. Şəhriyarın zədələnməsinin də təsiri etdi. Onun yer adlığı müdafiənin mərkəzindən qol buraxdıq. Oyundan öncə də açıqlamamda bildirmişdim ki, müdafiədə oturmayacağıq. Bu gün daha çox hücum etdik və komandamın belə oyunu məni sevindirir. Komanda mız qol buraxdıq sonra da ruhdan düşmədi, sonadək mübarizə apardı. Məncə, 1:1 hesabı ədalətli nəticə oldu. "Qarabağ”a Avropa Liqasında "Fiorentina” ilə qarşıdakı oyunda uğurlar arzulayıram.
- Komandanın gücünün çatmadığı nə ilə bağlıdır?
- Əsas çatışmazlığımız fiziki durumla bağlı oldu. "Qarabağ” Avropada oynayan komanda olduğudan çətinlik çəkdi. Ancaq rəqib başqa komanda olsaydı, fiziki planda çatdırardıq.
- Həmkarınız Qurban Qurbanov ot örtüyündən şikayətləndi. Komandanızın rəqibindən xal almasında bu amilin də təsiri olduğununu düşünmürüsünüz?
- Düşünmürəm ki, qazon bərbad idi. Meydançanın vəziyyəti hər iki komamnda üçün eyni idi. Biz də texlikalı oyun göstəririk. Sadəcə, qazonun vəziyyəti oyundan 1 gün öncə yağan yağışdan sonra bir qədər pisləşib. Hər halda, bu meydança süni örtükdən yaxşıdır.
- Meydançanın, ümumiyyətlə, bazanın vəziyyəti yaxşı deyil. Bu barədə nə deyə bilərsinizz?
- Artıq həzz alıram.
- İlk hissədə zədə üzündən əvəzlənməli olan Şəhriyar Əliyevin vəziyyəti necədi?
- Hələ heç nə bəlli deyil. Şəhriyarın vəziyyətinə sabah aydınlıq gələcək.