1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Super oyunumuzu sərgiləməliyik"
"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk "Zirə"ni səfərdə 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə oyun barədə danışıb...
- "Zirə”yəb qalib gəlmək bizim üçün gözlənilməz olmadı. Düzdür, oyun çox ağır keçdi. Ancaq sübut etdik ki, "Qəbələ” futbol oynamağı bacarır. Bu gün uşaqlar çox sərbəst oynadılar. Oyun zamanı bir az emosional idim. Bəlkə də ikinci hissədə yaxşı oynadığımız üçün belə idim. Daha çox qol vurmaq istəyirdik.
- Ruslan Qurbanovu meydana buraxandan əvvəl əvəzetməni hazırlasanız da, bir az tərəddüd etdiniz. Bu, nə ilə bağlı idi?
- Əvəzetmə böyük dəyişiklik etmək üçün hesablanmışdı. Meydana çıxan futbolçu taktiki cəhətdən düzgün oynamalı və bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirməlidir. İlk hissədə bir az çatışmazlıqlar var idi. Fasilədə bu barəda danışdıq və bunları ikinci hissədə aradan qaldırmağa çalışdıq. Ruslan da oyuna daxil olanda ona xüsusi tapşırıq verdim. Ümumiyyətlə, futbolçularımdan razı qaldım.
- Qarşıda "Maynts”la oyun gəlir. Bu barədə nə deyə bilərsiniz?
- "Maynts”la oyunda şanslarımız var. Amma rəqib çox güclü çempionatda çıxış edir. Qalib gəlmək üçün super oyunumuzu sərgiləməliyik. Yenə deyirəm, şansımız var.
- Nika Kvekveskirinın durumu necədir?
- Nika "Maynts”a qarşı oynamayacaq. Zədəsi ilə əlaqədar daha iki həftə meydanlardan kənarda qalacaq.
- Ukrayna mətbuatında yer alan xəbərlərə görə, Kiyev "Dinamo”sunun baş məşqçi postuna namizədsiniz. Bu, vacib oyunlar öncəsi sizə necə təsir edir?
- Belə xəbərlərə fikir vermirəm. Bu suallara "şərhsiz” cavabını verirəm.