
Azərbaycan və Almaniya klubları avrokuboklarda 7-ci dəfə qarşılaşacaqlar. Sportnet.az-ın məlumatına görə, İtaliya təmsilçilərindən fərqli almanlarla Avropa Liqasında təkcə qrupda yox, pley-offda da üzləşmişik.
Bu dəfə isə duel "Qəbələ” ilə "Maynts” arasındadır.
"Maynts” Dortmund "Borussiya”sı və Frankfurt "Ayntraxt”ından sonra bizə rəqib olan 3-cü Almaniya klubudur.
Bundesliqa təmsilçiləri pley-offda hər 2 halda "Qarabağ”ın qrupa gedən yolunun qarşısını alıblar. Özü də hər 4 oyunda almanların qələbəsi qeydə alınıb. ”Qarabağ” Dortmundda 0:2, Frankfurtda 1:2 hesabları ilə uduzub. "Borussiya” "Tofiq Bəhramov”da 1:0, "Ayntraxt” isə 2:0 hesabı ilə qalib gəlib.
"Qəbələ” qrupda ardıcıl 2-ci mövsümündə də almanlara rəqib olub. "Borussiya” "Qarabağ” kimi "qırmızı-qaralar”ı da öz meydanında 4:0 hesabı ilə məğlub olub. "Bakcell Arena”da isə dotmuntdlular 3:1 hesablı qələbəni bayram edib.
Almaniya klublarına hər 2 qolumuzun müəllifi braziliyalı legionerlər olub. "Qarabağ”dan hücumçu Reynaldo Silva səfər, "Qəbələ”dən isə sabiq yarımmüdafiəçisi və kapitanı Dodo ev matçında fərqlənib.
Xatırladq ki, "Qəbələ"nin "Maynts"la "Bakcell Arena"dakı qarşılaşması sentyabrın 29-da saat 19:00-da başlayacaq.