1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Oğlum sübut etsin ki, milliyə layiqli qapıçıdır”
"Hər şey oğlumun özündən asılıdır. Güclü qapıçı olduğunu göstərməlidir. Sübut etsin ki, milliyə düşməyə layiqdir”. Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Faiq Əzizov bildirib. Təcrübəli mütəxəssis AZAL-da çıxış edən oğlu Rəşad Əzizlinin milliyə çağırılmaq perspektivini dəyərləndirib.
Əzizovun fikrincə, oğlu milliyə düşmək üçün öz üzərində daha çox işləməlidir: "Göstərsin ki, Kamran Ağayevin arxasınca mən gəlirəm, millinin qapılarını döysün. Biz yığmaya layiq olanları çağırırıq. Heç vaxt heç kimin qarşısını kəsmirik”.
Əzizli indiyədək autsayderlərdə çıxış edib. Bu, ötən mövsüm "Rəvan”, indisə AZAL-dır. Ancaq atası buna pis baxmır: "Əslində, turnir cədvəlində aşağıda gedən komandada oynasa, yaxşıdır. Oyunda çox top gəlsin, çox işləsin. Güclü komandada olan qapıçı matç ərzində az işləyir. Aleksandr Jidkov "Neftçi”də çıxış edəndə oyunlarda üzərinə çox iş düşürdü. Çox çalışdı, artırdı. Tezliklə Valeri Lobanovski onu Kiyev "Dinamo”suna apardı. Futbol aləmində belə şeylər olur”.
Rəşad AZAL-da əsas heyətə düşmək uğrunda təcrübəli həmkarı Aqil Məmmədovla mübarizə aparır. Bu qapıçı isə Faiq Əzizovun rəhbərliyi altında millidə olub: "Rəqabət olan yerdə inkifaf olur, oyunçu, qapıçı artırır. Əks halda heç bir irəliləyiş olmaz. Aqillə Rəşad birgə çalışaraq əsas heyətə düşmək uğrunda rəqabət aparırlar. Onlarla AZAL-da həmkarım Rauf Salamov məşğul olur. Sonda baş məşqçi Tərlan Əhmədov kimi məsləhət bilirsə, onu "çərçivə”yə qoyurlar. Bu, klubun daxili işidir. Aqil yaxşı qapıçıdır. Sadəcə, yayda "Neftçi”dən gedəndən sonra psixoloji cəhətdən"sındı”. Həmin vaxt o da, Emil Balayev də klubsuz idilər və mənimlə məşq etdilər. Gənc qapıçılarda psixoloji cəhətdən problem olanda, formada olmurlar. Bunu da başa düşmək lazımdır”.