Türkiyənin I Liqasında çıxış edən "Giresunspor" klubu azərbaycanlı qapıçı Kamal Bayramovla yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyinə klubun I vitse-prezidenti Ercan Pamuk açıqlama verib.
O bildirib ki, Bayramovun əvvəlki klubu "Rəvan"la transfer haqqı məsələsində problemi yaranıb. Bu problem həll edilmədiyindən, klub 29 yaşlı qolkiperlə ötən ay imzaladığı müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Pamuk azərbaycanlı qapıçının əvəzinə 4-5 namizəddən 2-si ilə anlaşmağa yaxın olduqlarını da əlavə edib.
Qeyd edək ki, Kamal Bayramov "Giresunspor"la 1 illik müqavilə bağlamışdı.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |