İzmaylov deyib: "Özümü normal, hətta gündən-günə daha yaxşı hiss edirəm. Oynayıb-oynamayacağıma isə baş məşqçi qərar verir. Özüm həmişə meydana çıxmağa hazıram. Cəmi 10 gündür gəlmişəm, təlim-məşq toplantılarını buraxmışam. Fikrimcə, Avropa Liqasında oyunlarımız tez başlayıb ki, bu da müsbət məqamdır".
Qeyd edək ki, Marat İzmaylov ötən mövsümün ikinci yarısını "Qəbələ"də keçirib və əksərən əsas heyətdə yer alıb. O, Rusiya çempionatının ilk turunda keçmiş komandası "Lokomotiv"lə görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Görüş qolsuz başa çatıb - 0:0.