Bakıda səfərdə olan UEFA prezidenti Aleksandr Çeferin brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, sloveniyalı funksioner əvvəlcə 4 oyunu Bakıda keçiriləcək AVRO-2020 barədə danışıb...
- Belə tədbirlərin hansı müsbət təsirləri olur?
- Bu növ tədbirlər həmişə futbolun inkişafına, populyarlaşmasına, uşaqların futbola cəlb edilməsinə kömək edəcək. Üstəlik Azərbaycan AVRO-2020-nin final mərhələsinə keçsə, bu daha yaxşı olar.
- AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək Bakının loqosunu bəyəndiniz?
- Loqodan çox xoşum gəlir. Artıq UEFA-da işləyən əməkdaşlarıma razılığımı bildirmişəm. Loqonun arxasında duran ideya millətləri birləşdirən ideya kimidir. Burada əsas məqakörpülərdir və bu körpülər Avropadakı millətləri birləşdirir.
- Dünəndən Bakıdasınız. Futbol infrastrukturu ilə tanış oldunuz? Necə qiymətləndirirsiniz?
- 24 saatdan az müddətdir ki, Bakıdayam. Yalnız Bakı Olimpiya Stadionunu kənardan görmüşəm və çox gözəl stadiondur. Dünən də "Qəbələ" - "Maynts" (Almaniya) oyununda oldum və "Bakcell Arena" ilə tanış oldum. Gördüyüm bunlardır.
- "Qəbələ" - "Maynts" oyunu ilə bağlı fikirləriniz necədir?
- Çox qol gördük. Bu isə azarkeşlər üçün yaxşıdır.
- Gələcəkdə Avropa Liqası və ya Çempionlar Liqasının finalının Bakıda keçirilməsi mümkündür?
- Bu oyunları keçirmək üçün UEFA-ya sifarişlər göndərilir. Bu, UEFA çərçivəsində çox aşkar şəkildə müzakirə olunur. Qalib olmaq mümkündür. Əgər sifariş yaxşıdırsa, qalib gəlir.
- Son illər AFFA və UEFA arasında sıx əməkdaşlıq var. Bu əməkdaşlıqda AFFA-nın baş katibi Elxan Məmmədovun rolu böyükdür. Gələcəkdə Məmmədovu və ya başqa şəxsi UEFA-da məsul bir vəzifədə görə bilərik?
- Həmişə belə şans var. Düşünürəm ki, bu AFFA prezidentiə ünvanlanan sual olmalıdır.