
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Türkiyənin "Karşıyaka” klubunun planlarında dəyişiklik olub. Sportnet.az-ın məlumatına görə, təlim məşq toplanışının ilk hissəsini Gölcükdə keçdikdən sonra Ərzuruma yollanan klub Boluya getməkdən imtina edib.
Buna komandanın baş məşqçisi Yusif Şimşəyin Ərzurumdakı şəraiti bəyənməsi səbəb olub. Nəticədə klub avqustun 11-də başa çatmalı olan toplanışı daha 9 gün uzatmalı olub. Ərzurumdakı hazırlıq prosesi yekunlaşdıqdan sonra "Karşıyaka" İzmirə qayıdacaq. Toplanış çərçivəsində "yaşıl-qırmızılar” bu gün "Alanyaspor”la, avqustun 8-də "Bucaspor”la, avqustun 11-də isə "Samsunspor”la qarşılaşacaq.
Qeyd edək ki, "Karşiyaka” 3 futbolçu ilə yollarını ayırıb. Bunlar komandada baxışda olan Əli Setirekli, Uğur Tuncay və əsas heyətdə özünə yer tapa bilməyən Abdullah Topkaradır.