Avstriya "Zalsburq"unun futbolçusu Peter Ankersen Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri cavab görüşü barədə danışıb. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisini yaxşı komanda kimi dəyərləndirib.
Onun fikrincə, Azərbaycan çempionlarının heyətində Reynaldonun cəza səbəbindən yoxluğunu "Zalsburq" çatışmazlıq hesab etməməlidir. Çünki "Qarabağ"ın çox güclü hücumameylli oyunçuları var. Danimarkalı legioner mərhələ keçmək üçün meydan amilindən, çempionatdakı və "Qarabağ"la ilk görüşün ikinci yarısındakı futbolçuların xidmətindən yararlanmalı olduqlarını vurğulayıb.
Qeyd edək ki, Peter Ankersen Bakıdakı qarşılaşmanın 38-ci dəqiqəsində meydana daxil olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |