
Fransa yığmasının futbolçusu Pol Poqba 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Hollandiya üzərində qazanılan qələbəni (1:0) fərqli şəkildə qeyd edib. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi oyunun keçirildiyi "Amsterdam Arena"nın avtomobil dayanacağında dostları ilə birgə rəqs edib.