Azərbaycan milli komandası Çexiya yığması ilə tarixində 2-ci dəfə görüşəcək. Sportnet.az-ın məlumatına görə, ilk qarşılaşma almaniyalı sabiq baş məşqçimiz Berti Foqtsun vaxtında - 2009-cu ilin noyabrın 18-də keçirilib. Həmin vaxt yığmalar Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayan şəhərində keçirilən beynəlxalq turnirdə 3-cü yer uğrunda oyunda üzləşiblər.
Çexiya millisinin hazırkı heyətində həmin vaxt matçın iştiakçılarından heç kim yoxdursa, Azərbaycan yığmasında 2 nəfər var. Bunlar müdafiəçi Maksim Medvedevlə Ruslan Abışovdur. Hər iki futbolçu 2:0 hesablı qələbəmizdə əsas pay sahibkəri olublar.
Belə ki, matçın 25-ci dəqiqəsində Vaqif Cavadov Maksim Medvedevin sağ cinahdan ötürməsindən sonra başla hesabı açıb. 89-cu dəqiqədə isə Cavadovun künc zərbəsindən sonra bu dəfə Abışov "ikinci mərtəbə"də fərqlənib. Bununla da millimiz çexləri başla qollarla üstələyib.
Bu sensasiyalı qələbənin əsas önəmi ondadır ki, millimiz həmin vaxt FİFA-nın reytinqində 15-ci pillədə olan komanda üzərində inamlı qələbə əldə edib. Azərbaycan yığması reytinqdə belə yüksək olan milli komandanı məğlub edə bilməyib. Onda millimiz FİFA-nın sıralamasında 125-ci idi. İndisə Çexiya reytinqdə 33-cü, Azərbaycan isə ondan düz 100 pillə geridədir.
BƏƏ, beynəlxalq
turnir
3-cü yer uğrunda görüş
Azərbaycan - Çexiya -2 :0
Qollar: Vaqif Cavadov, 25, Ruslan Abuşov, 89
Azərbaycan: Fərhad Vəliyev, Vladimir Levin, Mahir Şükürov, Elnur
Allahverdiyev, Vaqif Cavadov, Aleksandr Çertoqanov (Rəşad Sadiqov, 32), Samir
Abbasov, Elvin Məmmədov (Ernani Pereyra, 90), Ruslan Abışov, Maksim Medvedev,
Fabio Luis Ramim (Vüqar Nadirov, 84)
Çexiya: Tomas Qriqar, Yan Simunek, Yan Raynox, Lukas Magera
(Tomaş Netsid, 63), Marek Mateyovski (k) (Mihal Şveç, 75), Daniel Pudil, David
Limberski, Mihal Papadopulos, Mario Liçka, Yan Blajek (Martin Fillo, 75), Mario
Holek (David Rozenhal, 80)
Sarı vərəqələr: Maksim Medvedev, 2; Ruslan
Abuşov, 3; Samir Abbasov, 28
Baş hakim: Fərid Əli (BƏƏ)
Əl-Ayn. "Tahnoun Bin Mohammed” stadionu