İspaniya "Barselona"sı baş məşqçi Hansi Flik ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az-ın Kataloniya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Sözləşmədə əlavə bir mövsümlük uzatma opsiyası da yer alıb.
Yeni müqavilə mayın 18-də klubun ofisində imzalanıb. Tədbirdə klub prezidenti Joan Laporta, idman direktoru Rafael Yuste, futbol şöbəsinin rəhbəri Deku və idman komissiyasının digər üzvləri iştirak ediblər.
Flik 2024-cü ilin yayından “Barselona”ya rəhbərlik edir. Almaniyalı mütəxəssisin rəhbərliyi altında komanda cari mövsümdə İspaniya La Liqasının qalibi olub. Kataloniyalılar çempionluğu “Real Madrid” üzərində 2:0 hesablı qələbədən sonra vaxtından əvvəl rəsmiləşdiriblər.







































































