
İspaniyanın "Real Madrid" klubu futbolçusu Toni Kroosla müqavilə müddətini artırıb. Sportnet.az-ın Madrid klubunun rəsmi saytına istinadən məlumatına görə, yeni müqaviləyə əsasən Kroos 2022-ci il iyunun 30-dək La Liqada çıxış edəcək.
26 yaşlı futbolçu ilə yeni müqavilənin imzalanma mərasimi bu gün komandanın ev oyunlarını keçirdiyi "Santiaqo Bernabeu" stadionunda keçirilib.
Qeyd edək ki, Kroos 2014-cü ilin yayında 30 milyon avro müqabilində Almaniyanın "Bavariya" klubundan transfer edilib. Həmin müqaviləyə əsasən Kroos 2020-ci ilədək "Real Madrid"də qalmalı idi.