
Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi Yoahim Lövlə müqaviləni uzatmağa tələsmir.
Sportnet.az-ın "Bild"ə istinadən məlumatına görə, qurum bunu cari çempionatının seçmə mərhələnin sonunadək həyata keçirməyi planlaşdırmır.
Hazırkı seçmə mərhələ 2017-ci ilin oktyabrında bitəcək. Lövün müqaviləsi isə 2018-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Almaniya millisi Azərbaycan yığması ilə birgə yer aldığı qrupun vahid lideridir. Bundestim ilk 3 oyunda qalib gələrək qol da buraxmayıb. Löv isə Şimali İrlandiya yığmasına dünən 2:0 hesabı ilə qalib gəldikləri matçda postunda 94-cü oyununu keçirməklə bu göstəricidə milliyə 50-ci illərdə rəhbərlik etmiş əfsanəvi Zepp Xerbergerin rekordunu təkrarlayıb.