1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA yığmaların reytinq hesablaması sistemini dəyişir
FİFA milli komandaların reytinqlərinin hesablanması sisteminə yenidən baxacaq. Sportnet.az-ın məlumatına görə, bu, qurumun bəzi üzvlərinin hesablama sistemini qeyri-obyektiv saymaları ilə bağlıdır.
Bu haqda 2018-ci il Rusiyada keçiriləcək dünya çempionatının təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib: "Dünya çempionatının təşkilat komitəsinin iclasında milli komandaların reytinq məsələsi gündəmə salındı. Bəzi üzvlər bildirdilər ki, hazırkı sistem obyektiv deyil. Bu, yoldaşlıq görüşlərin sayından, bu oyunlara rəqib seçimlərindən asılıdır. Kimsə zəiflərlə oynamağa üstünlük verir. Kimsə isə əksinə, həddən güclü rəqibləri seçir ki, uğursuz nəticə sayəsində FİFA-da reytinqi aşağı düşür. Sonda qərara gəldik ki, FİFA adminstrasiyası bu məsələni yenidən işləyəcək və reytinq sisteminin dəyişməsi təklifi ilə çıxış edəcək. Çox güman ki, bu, yaxın aylarda baş verməlidir. FİFA-nın həmin məsələni gələn ilin yanvarında keçirəcəyi şura iclasında müzakirə etməsi şansı var".
Xatırladaq ki, Azərbaycan milli komandası FİFA-nın son reytinqində 133-cü pillədə qərarlaşıb.