
Ukraynada futbolçuları aparan mikroavtobus qəzaya düşüb. Sportnet.az-ın məlumatına görə, hadisə dünən baş verib.
Odessa-Reni magistralının 57-ci km-də "Nikolayevska-Novorosiyskaya" klubunun futbolçuları olan mikroavtobus "Daewoo Lanos" markalı avtomobillə toqquşub. Hadisə minik maşının idarə etməni itirərək qarşı zolağa çıxması nəticəsində olub.
Qəza nəticəsində minik maşını yanıb, sürücüsü ölüb. Klub üzvləri isə yüngül xəsarətlərlə qəzadan sağ çıxa bilib.