
Nigeriyalı futbolçu İzu Cozef həlak olub. Sportnet.az-ın məlumatına görə, vətənində "Şutinq Starz" klubunda çıxış edən müdafiəçi silahlı atışma nəticəsində ölüb.
Hadisə futbolçunun Beyels ştatındakı doğma şəhərində bazarda baş verib. Cozef ora silahlı insanların hücumu nəticəsində atışmada dünyasını dəyişib. O, hazırkı klubuna 3 il öncə keçərək onun aparcısı futbolçusuna çevrilib. İzu 2014-cü ildə həmin komanda ilə Nigeriyanın ikinci diviizionundan elitasına yüksəlib.