1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maşallah Əhmədovun məhkəməsində ifadə verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə jurnalistlər məhkəmə zalından çıxarılıb.
Prosesdə ittiham aktı elan edildikdən sonra zərərçəkmiş Sərxan Hüseynov və Yusif Əzizov ifadə verib. S.Hüseynov M.Əhmədova 15 min dollar verdiyini deyib: "Həmin pulu bankdan götürmüşdüm. Banka geri qaytara bilmədiyim üçün mən 9 ay həbsdə yatdım, sonra bəraət aldım. Pulumu hələ də ala bilmirəm. Həmin vaxt Maşallah Əhmədov İrana qaçmışdı".
Y.Əzizov bildirib ki, M.Əhmədova 250 min manat verib. Hər iki şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu vurğulayıb.
Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.