AFFA-nın İntizam Komitəsi "Qarabağ" klubuna dəymiş ziyanın "Sumqayıt" tərəfindən ödənilməsinə qərar verib. Sportnet.az-ın məlumatına görə, hadisə əvəzedici heyətlərin VIII turunun "Qarabağ” – "Sumqayıt” matçında baş verib.
Oyun bitdikdən sonra "Sumqayıt”ın futbolçusu tərəfindən 4-cü hakim üçün nəzərdə tutulmuş yerin şüşə hissəsinin sındırıldığı müəyyən olunub. Dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi məbləğ "Sumqayıt” tərəfindən ödəniləcək.
Üstəlik həmin oyunda "Sumqayıt” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 400 manat cərimələnib.