"Son oyunda ağır məğlubiyyətlə üzləşdik. Bu cür oyunlar gec unudulur. Ancaq yaddan çıxarmaq lazım deyil ki, rəqib qolları biz azlıqda qaldıqdan sonra vurdu”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın futbolçusu Dino Ndlovu Avropa Liqasının qrup mərhələsində "Fiorentina"ya məğlub olduqları oyun (1:5) haqda danışarkən deyib.
Cənubi afrikalı hücumçu Yunanıstan mətbuatına açıqlamasında PAOK-la keçiriləcək oyun haqda da danışıb:
"Nikbin olmalıyıq. İrəli baxmaq lazımdır. Bütün diqqətimizi PAOK-la oyuna yönəltmişik. Ümid edirəm ki, qalib gələcəyik. Mənim işim qol vurmaqdır. PAOK-a qol vurmağa çalışacam. Ancaq ən vacib olan komandamın qələbəsidir”.
Xatırladaq ki, "Qarabağ" - PAOK oyunu oktyabrın 20-də keçiriləcək.
Mənbə: qol.az