1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dmitri Bezotosnı: "Qapıçının kapitan olması ciddi fərq eləmir"
"Qəbələ"nin əsas qapıçısı Dmitri Bezotosnı Avropa Liqasının qrup mərhələsində Fransanın "Sent-Etyen" klubu ilə sabahkı matçla bağlı fikirlərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, bu gün Sent-Etyendə keçirilən oyunöncəsi mətbuat konfransında iştiark edən təcrüəli əlcək sahibi rəqiblə üzləşəcəkləri stadionda hazırlıq keçməmələrini problem saymadığını bildirib: "Əsas odur ki, matç zamanı meydan yaxşı səviyyədə olsun. Bu stadionda məşq etməməyimiz problem olmayacaq. Qapıçı da digər futbolçular kimi oyunçudur. Onun da kapitan kimi meydana çıxması mümkündür. Bu, sadəcə əlavə məsuliyyətdir. Əslində, qolkiperin kapitan olması ciddi fərq eləmir. İstəyərdim ki, hər matçı qol buraxmadan keçirmək istəyirəm. Yaxşı oyun nümayiş etdirmək, xallar qazanmaq istəyirəm”.
Xatırladaq ki, baş məşqçi Roman Qriqorçuk zədəli Rəşad Sadiqovun yoxluğunda kapitanlığı Bezotosnıya təklif etsə də, qapıçı sarğının ona mane olduğunu əsas gətirərək daşımaq istəməyib. Belə olan halda, sabahkı matçda sarğının vitse-kapiitan Asif Məmmədovda olacağı gözlənilir.