Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda
"Qarabağ"ı iki dəfə məyus
edən "Zalsburq”un oyunçusu Martin Hinteregger 2:0 hesablı qələbəyə şərh verib.
Sportnet.az-ın məlumatına görə, ölkə mətbuatına danışan gənc müdafiəçi qələbəyə layiq oyun
nümayiş etdirdiklərini deyib.
"Oyunun ağır olacağını bilirdik. Əla nəticə qazandıq, çox xoşbəxtik.
Fikrimcə, artıq Çempionlar Liqasının qrup mərhələsində oynamağa hazırıq”.
21 yaşlı
futbolçu, müdafiəçi
kimi iki qol vurmağın nadir hadisə olduğunu bildirib.
Qeyd edək ki, "Zalsburq" Çempionlar Liqasının "pley-off" mərhələsində oynamaq hüququ qazanıb. "Qarabağ” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.