1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Qara Qarayev: "Polislər bizə dedi ki..."
Yunanıstan, Saloniki. 4 noyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin IV turunun Yunanıstan PAOK-u ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırın. Sportnet.az yarımmüdafiəçinin müsahibəsini təqdim edir
- Öncə oyunla bağlı fikirlərin...
- Bilirdik çətin olacaq və komanda olaraq buna köklənmişdik. 1 xalla dönmək sürpriz idi. Amma şükürlər olsun ki, 3 xalal döndük. İkinci hissədə rəqib çox basqı etsə də qolu vurub qələbə qazana bildik. Düşünürəm ki, bu qələbə Azərbaycanın futbol tarixinə düşəcək qələbə oldu. Bilirdik ki, rəqib burda aqressiv oynayacaq. AEK-lə oyunda da bu cür oynamışdılar. Bilirdik ki, həmin oyun bizə hazırlıq idi.
- "Slovan"la səfər oyununa 1 xal dalınca getmək lazımdır, yoxsa necə?
- "Slovan"la uduzmasaq bizim üçün böyük şans olacaq. Həmin oyuna eyforiya ilə yollanmaq olmaz. Bakıda uda bilmədiksə ora da ehtiyatlı yollanmalıyıq.
- Oyundan sonra paltardəyişmə otağında nə baş verdi. Almeyda özünü pis hiss edirdi deyəsən?
- Yox, heç nə baş verməyib. Sadəcə. polislər dedi ki, yığııb komanda şəklində otaqdan çıxaq. Almeydanın durumundan xəbərim yoxud çünki mən orda yox idim.
- Rəhbərlik oyundan sonra nə dedi?
- Rəhbərlik həmişə kimi bizim yanımızdadı. Bu gün də Fevzi bəy bizimlə idi.
- Demək olar ki, Aqollinin anasının gəlişi sizin üçün düşərli oldu?
- (gülür) Bu gün bir çox anaların duaları bizimlə idi və bu duaların da qələbəmizdə çox böyük payı oldu.