1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vacib qələbə
Vüqar MƏMMƏDOV
Hər dəfə "Qarabağ”ın növbəti görüşündən öncə özümdə (yəqin ki, siz də) bir anlıq daxili narahatçılıq olur. Lakin dərhal xatırlayıram ki, bu komandanın Qurban Qurbanov kimi məşqçisi var. O an həmin daxili narahatçılıq keçir. Bax əsl lider belə olmalıdır. Hamı inanmalıdır ki, o, toplumu çətinlikdən çıxarıb irəli apara biləcək. Əsl lider olan Qurbanov bu dəfə də bunu bacardı. Məhz onun seçdiyi taktika komandamıza qələbə gətirdi və ölkəmizi sevindirdi.
"Qarabağ” bu görüşdə oyunu müdafiədən qurdu. Millimizə məxsus tipik qapalı oyunu sərgilədi. Düzgün seçilmiş taktika və lazımi vaxtda edilən əvəzləmələr nəticəsində əks-hücumların birində vacib qolu vurdu.
Hələ hesab 0:0 olarkən "Qarabağ” elə səliqəli müdafiə olunurdu ki, mən komandalar səhərə qədər oynasalar belə, yunanların qol vura bilməyəcəklərinə əmin idim. Üstəlik, komandamız ikinci qolu da vura bilərdi. Eybi yox, necə deyərlər, "Az olsun, saz olsun". Əsas qələbədir ki, o da qazanılıb. Əla!
Qolu RahidƏmirquliyevin yerinə çıxan Miçel vurdu. Rahid yaxşı oyunçudur. Bütün oyunu işləyir. Sadəcə, komandaya çox da uzaq olmayan tarixdə qoşulduğundan oyun sisteminə tam uyğunlaşmayıb. "Fiorentina” ilə oyunda Qara Qarayevə yox, ona üstünlük verilmişdi. Həmin oyunda məğlubiyyətə səbəb olan faktorlardan biri də bu idi. Qara Qarayev Rahiddən zəif və ya güclü olmasına baxmayaraq, komanda yoldaşlarını gözüyumulu başa düşür. O cümlədən də Miçel. Təsadüfi deyil ki, ispan meydana girəndən sonra "Qarabağ” hücuma keçə bildi və bu hücumların birində qol vurdu.
İndi komandamızın taleyi öz əlindədir. Bu, çox vacib qələbədir. Bu qələbənin vacibliyini turnir cədvəlinə baxıb analiz aparanda bir daha başa düşürük. Gəlin, bunu birlikdə edək.
Görürük ki, "Qarabağ”ın qrupdan çıxma məsələsi son turadək uzanmaya bilər. Növbəti 3 xalla ən azı ikinci yer təmin ediləcək. Çünki PAOK maksimum 6 xal yığa bilər ki, bu da cəmi 10 xal edir. "Qarabağ” isə bu xalı gələn oyun əldə edə bilər. Hətta deyim ki, bunu etməyə borcludur. Çexiya təmsilçisi yeganə xalını komandamızla oyunda alıb. Autsayderlə oyunda növbəti xalı itirmək olmaz! "Slovan”la oyunda qazanılacaq növbəti qələbə komandamızın xalını 10-a çatdıracaq. Bu xalı qrupdan çıxmağa digər namizəd PAOK iki oyuna qazana bilər ki, belədə də şəxsi görüşlərdə "Qarabağ” üstün olacaq.
Digər tərəfdən, növbəti tur PAOK-a rəqib olacaq "Firentina”nın evində xal verəcəyi inandırıcı deyil. Belədə komandamıza heç-heçə də sərf edir. Bu qələbə ilə komandamız yunanları demək olar ki, sıradan çıxardı. Bax buna görə dünənki, qələbənin əhəmiyyəti böyükdür. Davamı gəlsin!
Şərhçiləri hər oyundan sonra tənqid edəndə bunun bir qədər qeyri-etik olduğunu başa düşürdük. Çünki həmkarlarımızdılar. Lakin tənqid olmasa inkişaf olmaz. Bu dəfə isə tənqiddən uzağıq. Çünki yayımın şərhçisi İsmayıl Abdullayev oyunu yaxşı şərh etdi. O, keyfiyyətli şərhlə yanaşı, oyunboyu daim bizi qələbəyə inandırırdı. Hətta bir qədər qabağa gedərək məşqçi kimi də özünü sınadı. Top Miçelə gələndə ona "zərbə vur Miçel, zərbə vur!” deyə "tapşırıq” verdi. Miçel də onun "sözünü” yerə salmadı.
Lazımi qərarı hiss etmək – bu da bir istedaddır.