1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yılmazın 90 dəqiqəlik qolsuz oyunu, Şeydayev "Beşiktaş"a məğlubiyyətə üzüldü - YENİLƏNDİ
Türkiyənin "Bursaspor" və "Trabzonspor" klubları bu gün Super Liqanın X turu çərçivəsində səfər oyunlarına çıxacaqlar. "Report"un məlumatına görə, onlar müvafiq olaraq, "Karabükspor" və "Trabzonspor"un qonağı olurlar.
İlk görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Azərbaycan millisinin futbolçularından Dəniz Yılmazın "Bursaspor"un start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Zədədən yeni qayıdan hücumçu baş məşqçi Hamza Hamzaoğlunun etimad göstərdiyi aparıcı oyunçulardan sayılır. Matç qolsuz bərabərliklə nəticələnib.
Əvəzində Ramil Şeydayevin İstanbulda "Beşiktaş" önünə "11-lik"də çıxacağı real görünmürdü. Hərçənd, o, səfər matçına aparılan 23 futbolçu arasında yer alıb. Hələ Super Liqada debüt etməyən Şeydayev yenə ehtiyat oyunçular skamyasından da kənarda qalıb. "Trabzonspor" səfərdə məğlub olub.
Qeyd edək ki, hazırda "Bursaspor" 10 oyundan 20 xalla 4-cü, "Trabzonspor" isə 11 xalla 12-ci pillədə qərarlaşıb.
Türkiyə Super Liqası, X tur
17:00. "Karabükspor" - "Bursaspor" - 0:0
20:00. "Beşiktaş" - "Trabzonspor" - 2:1
Rodolfo, 7, Cenk Tosun, 17 - Yusuf Ərdoğan, 41