1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Medvedevlə Miçeli gözləyən təhlükə
"Qarabağ" klubunun daha bir futbolçusu Yunanıstan PAOK-u ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra sarı vərəqə limitinə yaxınlaşıb.
Sportnet.az-ın məlumatına görə, bu, Azərbaycan millisində də çıxış edən müdafiəçi Maksim Medvedevdir.
Medvedev hələ oyunun 4-cü dəqiqəsində PAOK-un kapitanı Stefanos Atanasiadislə yaşadığı insident üzündən cəzalanıb. Atanasiadis qrup mərhələsində 3-cü dəfə sarı vərəqə aldığı üçün İtaliya "Fiorentina"sı ilə növbəti tur matçını buraxmalı olacaq. "Qarabağ"ın futbolçusu isə qrupda ikinci dəfə sarı vərəqə alıb. O, ilk dəfə II turun elə "Fiorentina"ya qarşı səfər oyununda cəzalanıb.
PAOK-la qarşılaşmadakı qələbə topunun müəllifi Miçel də ilk 2 turda 2 dəfə sarı vərəqə alıb. O, əvvəlcə Çexiya "Slovan"ı ilə ev, ardından "Fiorentina" ilə səfər oyunlarında xəbərdarlıqla üzləşib.
Beləliklə, "Qarabağ"ın noyabrın 24-də Çexiyada "Slovan"la keçirəcəyi görüşdə Medvedev və Miçel özlərini növbəti sarı vərəqədən qorumalı olacaqlar. Onlar növbəti dəfə vərəqə alsalar, "Fiorentina" ilə Bakıda keçiriləcək son tur matçından kənarda qalacaqlar.
Qeyd edək ki, bunadək Elvin Yunuszadə "Fiorentina" ilə səfər oyununda birbaşa qırmızı vərəqə aldığı üçün PAOK-la ev matçını buraxmalı olub.