Azərbaycan Premyer Liqasının XI turunda açılış oyun günündə kobud hakim səhvi qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, "Neftçi" - "İnter" matçının baş hakimi Rəvan Həmzəzadə olmayan penalti təyin edub.
Qonaqların müdafiəçisi Zurab Xizanişvili Cavid İmamverdiyevlə mübarizədə cərimə meydançasından kənarda əllə oynasa da, referi dərhal da olmasa, penalti nöqtəsini göstərib. Gənc referini köməkçiləri pis vəziyyətdə qoyub. Çünki Həmzəzadənin qulaqcığına "penalti" sözü deyiləndən sonra bu qərar verilib. "Neftçi"nin kapitanı Araz Abdullayev isə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı 2:0 komandasının xeyrinə edib.
Həmzəzadənin Bakı derbisindəki səhv qərarına görə AFFA Hakimlər Komitəsi tərəfindən cəzalandırılacağı şübhə doğurmur.