1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Belə səhvlərdən "Qarabağ" maksimum yararlanır"
"Çox yaxşı matç oldu. Xüsusən ilk yarıda bəzi qol epizodları yaratdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin futbolçusu Migel Lorenso "Qarabağ"a evdə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra deyib.
Portuqaliyalı müdafiəçi bildirib ki, belə komandalara qarşı oyunlarda qol epizodlarından faydalanmaq lazımdır: "Əks halda, rəqib səhvindən yararlanıb, səni cəzalandıra bilər. Belə də oldu. Birinci hissədə çox yaxşı çıxış etdik. Hər şey balanslaşdırılmış tərzdə gedirdi. Müəyyən qol epizodları yaratdıqdan sonra da bəzi imkanlar əldə etdik. Lakin bunlardan da yararlana bilmədik. "Qarabağ" kimi komandalara qarşı ehtiyatlı oynamaq lazımdır. Biz artıq ikinci hissədə ehtiyatı əldən verdik. Özümüzü bir az da yorğun hiss etməyimiz səhvlərə səbəb oldu. "Qarabağ" da bundan maksimum faydalanaraq, irəli çıxa bildi. İki səhv qapımıza vurulan qollarla nəticələndi. Düşünürəm ki, "Qarabağ" kimi komandalar belə səhvlərdən maksimum yararlanırlar. Ona görə də ikinci hissədə öz qol vəziyyətlərimizdən maksimum faydalanmalı idik".
Məğlubiyyətə baxmayaraq, 24 yaşlı oyunçu "Zirə"nin hazırda yaxşı formada olduğunu iddia edib: "Son nəticələrimizə baxdıqda, komandamızın yaxşı dövrdə olduğunu deyə bilərəm. Gərgin əmək, gərgin məşqlər... Kollektivdə hər kəs həvəslə çalışır. Bu cür davam etsək, hər gün motivasiyalı məşqlər etsək, "Qarabağ" kimi komandaları məğlub etmək daha asan olacaq. Çünki son nəticələri özünüz də görürdünüz".