"Qol epizodunda bilmədim ki, top qapıya gedir. Bu, heç ağlıma da gəlmirdi. Epizodun təkrarına da baxmamışam. Mənim üçün fərqi yoxdur, qolu Reynaldo və ya başqası vursun. Əsas odur ki, komandamız qalib gəlsin”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Azərbaycan Premyer Liqasının XI turunda "Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra söyləyib.
"Mən qol vursam da, əhəmiyyəti yoxdur. Bu mövsüm ilk qolumu vurdum, sevinirəm” – deyə o bildirib.
E.Yunuszadə deyib ki, "Zirə” yaxşı mübarizə aparıb: "Bizim üçün vacib matçlardan biri idi. Lazım olan qolları vurduq və qələbə qazandıq” (qol.az).















































































