1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin qələbəsinə şahid olan hakim Türkiyənin matçında
Türkiyə milli komandasının DÇ-2018-nin seçmə mərhələsində Kosova yığması ilə qarşıdakı oyununa təyinat alan hakimlər açıqlanıb. Sportnet.az-ın məlumatına görə, noyabrın 12-də keçiriləcək qarşılaşmanı Tamaş Boqnarın başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.
Ona həmyerliləri Balaş Buzas və Jolt Varqa yardımçı olacaq. Dördüncü referi Ferents Karako təyin olunub.
Qeyd edək ki, 38 yaşlı Boqnar Azərbaycan komandalarının UEFA bayrağı altında 2 matçını idarə edib. Bunlar klub səviyəsində 2014-cü ildə Avropa Liqasında "Çixura" - "Neftçi" (2:3), 1 il sonra yığmalar arasında Bolqarıstan - Azərbaycan (2:0) oyunudur.