2018-ci il dünya çempionatının seçmə mərhələsində Albaniya - İsrail matçı baş tutacaq. Sportnet.az-ın məlumatına görə, Albaniya Futbol Federasiyası qraşılaşmanın noyabrın 12-də Elbasane şəhərində keçiriləcəyini təsdiqləyib.
İsrail mətbuatı isə FİFA-nın terror təhlükəsi ilə bağlı vəziyyəti təhil etdiyini iddia etməkdə davam edir.
Xatırladaq ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin dəvət aldığı bu görüşün məkanı terror təhlükəsi ilə əlaqədar dəyişdirilib. Əslində, matç Şkoder şəhərindəki stadionda oynanılmalı idi. Lakin adı açıqlanmayan şəxslər qarşılaşma zamanı stadionda partlayış törətməyi planlaşdırıblar. Albaniya kəşfiyyatı həmin şəhərdə 4 nəfəri həbs edib. Sonda qarşılaşmanın Elbasanedəki "Ruici Bijuta” stadionunda keçirilməsinə qərar verilib.