1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin oyunundan öncə maraqlı anlar - FOTOLAR
Şimali İrlandiya və Azərbaycan yığmaları arasındakı 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə maraqlı anlar yaşanıb.
Sportnet.az-ın Belfasta ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Windsor Park"da azərbaycanlı azarkeşlər onlara ayrılmış sektorda əsgər formasında olan milli komandamızın futbolçularının posterini nümayiş etdiriblər. Posterin üzərində isə "Niyə də yox?!" şüarı yazılıb.
Oyun isə bir dəqiqəlik sükutla başlanıb. Bu addım I Dünya Müharibəsi zamanı dünyasını dəyişmiş britaniyalı azarkeşlərin xatirəsini yad etmək məqsədilə atılıb. Stadion kənarına lalələr qoyulub, tribunada isə lalə təsviri yaradılıb.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.