1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Maykl O Nil: "Azərbaycan üzərində qələbə bizi arxayın salmamalıdır"
"Bu cür qələbədən razıyam. İdeal oyun nümayiş etdirdik. Futbolçular ilk dəqiqələrdən rəqibi təzyiqdə saxladılar və istəyimizə çatdıq". Sportnet.az-ın Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil Azərbaycan milli komandasına 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bildirib.
O, matçda hesabı hücumçusu Kayl Laffertiyə görə sevindiyini deyib: "O, ilk hissədə vurduğu qolla qələbəmizin təməlini qoydu. Qələbəyə baxmayaraq daha çox işləməliyik. 4 turdan sonra 7 xalımız var. Pis başlanğıc deyil. Qarşıda çox oyun var, vəziyyət dəyişə bilər".
Mütəxəssis bundan sonrakı mübarizədə şanslara da toxunub: "Biz Almaniya yığması ilə qarşılaşmışıq. Azərbaycanın isə onlarla oyunu qalır. Əsas ev oyunlarında maksimum xal qazanmaqdır.
Azərbaycan millisi yaxşı komandadır. Robert Prosineçki əla kollektiv qurub. Buna baxmayaraq, topa daha çox nəzarət etdik və qalib gəldik. Bu qələbə bizi arxayın salmamalıdır. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq".