Almaniya milli komandası DÇ-2018-in seçmə qrup matçında San Marino üzərində 8:0 hesablı qələbədən sonra Vatikana yollanıb. Sportnet.az-ın məlumatına görə, Almaniya Futbol İttifaqının rəsmi "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, Bundestim Roma Papası Fransisklə görüşüb.
Görüş noyabrın 15-də İtaliya yığması ilə keçiriləcək yoldaşlıq görüşü ərəfəsinə təsadüf edib. Komanda üzvləri Papaya oyunçuların avtoqrafları olan futbolka hədiyyə ediblər.
Qeyd edək ki, Milanda oynanılacaq İtaliya - Almaniya qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.















































































