1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robert Prosineçki: "Azərbaycan millisi Foqtsun vaxtında futbol oynamırdı"
"Azərbaycan milli komandasında mənim vaxtında oyun baxımından böyük dəyişiklik oldu. Yığmanın əvvəlki oyunlarını izləmişəm. Onda komanda ancaq müdafiə olunurdu. İndisə belə deyil”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Xəzər TV”də yayımlanan "Futbol saatı” proqramında deyib.
Xorvatiyalı mütəxəssis özündən öncə bu postda çalışmış almaniyalı həmkarı Berti Foqtsun vaxtındakı yığmanın çıxışına toxunub: "Milli həmin vaxt futbol oynamırdı. İndisə azarkeşlərin sevdiyi baxımlı oyunu göstəririk. Bu, mənim futbol fəlsəfəmdir. Nə qədər ki, burdayam, komanda futbol oynayacaq. Şimali İrlandiyaya qarşı texnikalı oyun göstərmək istədik. Buna görə də belə oyunçulara heyətdə yer verdim. Mən 0:4 hesablı məğlubiyyətdən sonra azarkeşləri, verilən cürbəcür sualları başa düşürəm və tənqidlərə də hazıram. Uğurlu startımızdan, 3 oyunda 7 xal qazanandan sonra azarkeşlərin nəticə ilə bağlı iştahası artdı. Mən optimistəm. Qrupda 2-ci yeri tutub final mərhələsinə düşə bilərik. Buna inanıram. Inamasaydım, burada baş məşqçi olmazdım. 6 oyunumuz qalıb, bunun 4-ü evdə olacaq. Almaniyanı çıxsaq, Şimali İrlandiya, Çexiya, San Marino ilə ev matçlarında uğurlu nəticə qazansaq, final mərhələsinə vəsiqə çıxa bilərik”.