1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin baş məşqçisi Hacıyevlə Evansın cavabını verdi
"Rəşad Sadıqovun bu seçmə mərhələdə milli komandaya faydası çox dəyəcək. Mən deyə bilmərəm ki, zədələr ona qədər oynamağa imkan verəcək. Ancaq Rəşad həm güclü futbolçu, həm də yaxşı insan kimi komandamıza hələ çox gərəkdir. Sadəcə, zədə üzündən yanvaradək oynaya bilməyəcək və həmin vaxtadək müalicə olunaraq hazır olmalıdır". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bildirib. Onun sözlərinə görə, artıq 34 yaşı olan Rəşad Sadıqovu gələcəkdə millidyə layiqli əvəz edə bilən futbolçular var: "Bunlar arasında gənclər də var. Sadəcə, ad çəkmək istəmirəm. Çünki Azərbaycanda bir futbolçunu adını çəkdiyimdə onun dayandığının, artımının olmadığını görürəm. Buna görə kimisə fərqləndirmək istəməzdim".
Prosineçki ölkəmizdə işlədiyi bu 2 ildə qarşılaşdığı, onu təəccübləndirən digər məqama da toxunub: "Mən Azərbaycanda belə şey görmüşəm ki, futbolçu mətbuat vasitəsilə milli komandaya çağırılmasını istəyir, baş məşqçidən dəvət gözlədiyini açıqlayır, onu niyə çağırmadığını ön plana çıxardır. İşlədiyim digər ölkələrdə belə halla rastlaşmamışam. Məsələn, "İnter"in kapitanı Nizami Hacıyev. O, zəif deyil, ancaq hazırda güclü də deyil".
Xorvatiyalı mütəxəssis Şimali İrlandiya yığmasının liderlərindən olan Conni Evansın da cavabını verib. Uzun illər "Mançester Yunayted"də çıxış etmiş təcrübəli müdafiəçi millimizə 4:0 hesabı ilə qalib gələndən sonra final mərhələsinə düşmək uğrunda mübarizədə rəqib kimi bizim adımızı çəkməyib: "Evans? O kimdir? Şimali İrlandiya yığmasının futbolçusu. O, yığması ilə birgə gələn ilin iyununda Bakıya gələcək. Biz sözümüzü meydanda deyərək rəqibin cavabını verəcəyik".