1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ufuk Budakın milliyə çağırılmamasının səbəbi açıqlandı
"20 ildir artıqdır müstəqilik. Ancaq nə sol cinah müdafiəçisi, nə də hücumçu yetişdirə bilmişik. Azərbaycanda bu mövqelərdə problemlər var". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bildirib. Onun sözlərinə görə, millidə sol cinah müdafiəçisi mövqeyində Arif Daşdəmirovdan başqa seçimi demək olar yoxdur: "Arif bundan əvvəlki oyunlarda yaxşı təsir bağışlamışdı. Razıyam, Şimali İrlandiya ilə matçda zəif idi. Ancaq futbolçuya 1 oyuna görə qiymət verərək hesabdan silmək düzgün olmazdı. Arifdən razı qaldığılma görə onu bu mövqedə oynadıram. Sol cinah müdafiəçisi Ufuk Budakı milliyə çağırmışam, iş başında görmüşəm. Onun oyunu məni qane etmədiyindən dəvət göndərmirəm. Ancaq bu, o demək deyil ki, Budağı gələcəkdə çağırmayacağam".
Prosineçkinin sözlərinə görə, Gürcüstan çempionatında çıxış edən Rasim Ramaldanov ucaboylu müdafiəçi olsa, Şimali İrlandiya ilə səfər matçında texnikalı oyunçulara üstünlük verməyi daha məqsədəuyğun sayıb: "Eddi İsrafilovun da yaxşı fiziki göstəriciləri, boyu var. O, gəncdir, 22 yaşı var. Üstəlik, İspaniyanın II liqasında oynayır. Bu çempionat isə heç də zəif deyil. Eddi millidən gedəndən sonra klubunda oynayıb. Düzdür, az da olsa meydanda olub. İsrafilovu milliyə çağırdığıma görə məni qınamayın. Ona ümidlərim böyükdür".
Xorvatiyalı mütəxəssis Belfastdakı matçda Emin Mahmudovu Dmitri Nazarovdan üstün tutmasına bir daha toxunub: "Düzdür, Emin "Boavista”da ilk "18-liy"ə düşmür. Ancaq onun millidə məşq prosesindən razıyam. Məncə, Şimali İrlandiyaya qarşı heç də pis oynamadı. Mən qərarımı məşq prosesinə əsasən verirəm. Mahmudov Nazarovdan hazırlıq prosesində daha yaxşı təsir bağışladı. Ümumiyyətlə, Emin çox istedadlı futboçudur. O, güclü texnikaya malikdir, topla yaxşı davranır, sürəti də var. Şimali İrlandiyaya qarşı oyunda bizə belə futbolçu lazım idi. Texnikalı oyundan "silah" kimi istifadə etmək istədim, ancaq alınmadı. Məncə, Eminin yerinə başqa futbolçu oynasaydı da, böyük fərq olmayacaqdır. Bir də ki Nazarov da son vaxtlar klubunda demək olar oynamır, çox az meydanda olur".
Prosineçki debütant Dəniz Yılmazdan da razı qalıb: "O, Superliqada 4-cü yerdə gedən "Bursaspor"u futbolçusudur. Əsas heyətdə də oynayır. Ramil Şeydayevi fasilədə məcburi əvəzləməli olduq. Çünki zədə almışdı. Yılmaz isə yalnız iki məşqimizdə iştirak etmişdi. Ondan razı idim və ikinci 45 dəqiqədə şans verdim. Pis təsir bağışlamadı. Hesab 0:2 olanda real qol şansı qazandı. Ondan istifadə edə bilsəydik, oyun başqa cür də ola bilərdi".