
İspaniya milli komandası İngiltərə yığması ilə yoldaşlıq görüşündə məğlubiyyətdən uzatma dəqiqələrində xilas ola bilib.
Sportnet.az-ın məlumatına görə, keçmiş dünya çempionlarının "Uembli" stadionundakı qarşılaşmasında heç-heçə qeydə alınıb.
Hesabı Adam Lallana 9-cu dəqiqədə penalti zərbəsi ilə açıb. 48-ci dəqiqədə Ceymi Vardi fərqi artırıb. Qonaqlardan 89-cu dəqiqədə Yaqo Aspas, 90+6-cı dəqiqədə isə İsko fərqlənib.